"Əməliyyat zamanı bir neçə amerikalı xəsarət alıb" - Tramp

19:33 03.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuela Prezidenti Nikolas Maduro ələ keçirilərkən bir neçə amerikalı xəsarət alıb.

Hafta.az bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib.

O, əməliyyat zamanı heç bir amerikalının ölmədiyini bildirib: “Bir neçə nəfər vurulub. Amma onlar geri qayıtdılar və kifayət qədər yaxşı vəziyyətdədirlər. Əməliyyat zamanı bir helikopter vurulub, lakin heç bir təyyarə itkisi olmayıb”.